Schengenvisainfo - səyahət zamanı "Sinovac" ilə peyvəndləməni AB və Şengen zonasının 7 ölkəsi tanıyır
Səyahət zamanı “Sinovac” ilə peyvəndləməni AB və Şengen zonasının 7 ölkəsi tanıyır. Bu barədə Schengenvisainfo informasiya portalı məlumat yayır.
“Sinovac” ilə peyvəndləməni aşağıdakı ölkələr tanınır: Avstriya, Finlandiya, Yunanıstan, İslandiya, Niderland, İspaniya və İsveçrə.
Hazırda, bütün Avropa ölkələri peyvəndləməyə dair arayışı tanıyır, bir şərtlə ki, immunlaşdırma prosesi “Astrazeneca”, “Pfizer”, “Moderna” və “Johnson & Johnson” kimi Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənmiş peyvəndlə aparılmış olsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən tanınan, lakin Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməmiş peyvəndlərə gəldikdə, ölkələr fərdi şəkildə qərar verirlər.
“Sinovac” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən iyunun 1 -də təsdiqlənib. Təşkilat, peyvəndin bütün beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verdiyini bildirir.
Səyahət üçün “Sinovac” vaksini ilə peyvəndləmə Avropa qitəsindəki daha beş ölkə – Gürcüstan, Ermənistan, Albaniya, Serbiya və Makedoniya tərəfindən tanınır.
Xatırladaq ki, koronavirusun yayılma göstəricisinin artması səbəbindən bəzi Avropa ölkələri Gürcüstanı “qırmızı zona”- ya daxil ediblər, bu da peyvəndlənmiş insanlar da daxil olmaqla, Gürcüstandan gedən şəxslərin özlərini təcrid etmək məcburiyyətində olduqlarını nəzərdə tutur.