Siyasi şurada birliyə koalisiya partnyorunun əlavə edilməsi məsələsini, həmçinin, Koba Nağopianın namizədliyinin irəli sürüldüyü, milli komitə sədrinin seçməli olduğumuz iclası müzakirə etdik
“Milli Hərəkat”ın siyasi şurasının bugünkü iclasında iki mühüm məsələni – “Milli Hərəkat”ın genişləndirilməsini və bizim bilriyimizə koalisiya tərəfdaşının əlavə olunmasını müzakirə etdik. İkinci məsələ milli komitənin sədrini seçməli olduğumuz və namizəd olaraq prezident Mixeil Saakaşvilinin partiyaya Koba Nağopianı təqdim etdiyi yığıncağın çağırılması ilə bağlıdır, – bu barədə “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava Siyasi Şuranın iclası başa çatdıqdan sonra bildirib.
Onun söylədiyinə görə, Koba Nağopia Mixeil Saakaşvilinin köhnə döyüşçü yoldaşı və həlledici anlarda daim “Vahid Milli Hərəkat”ın siyahısında olan bir şəxsdir.
“Düşünürəm ki, bu, siyasi şuranın müzakirəsinə və təsdiqinə ehtiyacı olan çox mühüm qərardır. Biz siyasi şuranın bugünkü iclasında hər iki məsələni təsdiq etdik və yaxın bir neçə gün ərzində yığıncaqda hər iki məsələ ilə bağlı yekun qərar veriləcək tədbir olacaq”, – deyə Tina Bokuçava qeyd edib.