Şirkətlərin vergi borclarının silinməsi haqqında iqtidar təşəbbüsünün müzakirəsi parlamentdə bugün başlayacaq
Şirkətlərin 2013-cü ilə qədər yığılan vergi borclarının silinməsi haqqında iqtidar təşəbbüsünün müzakirəsi parlamentdə bugün başlayacaq.
Vergi məcəlləsinə daxil ediləcək dəyişiklikləri Sahə İqtisadiyyatı və İqtisadi Siyasət komitələri müzakirə edəcəklər.
Qanunlayihəyə əsasən, vergi ödəyiciləri 2013-cü ilin yanvarın 1-nə qədər yığılan borclardan azad ediləcəklər.
Dəyişikliklərin həyata keçirildiyi halda, 27 634 vergi ödəyicisi (onlardan 4629-hüquqi şəxsdir, 23005-sı isə, fiziki) təqribən 550 milyon lari ödəməkdən azad ediləcək.
Qeyd olunan təşəbbüs haqqında, baş nazir Mamuka Baxtadze iqtidar proqramını təqdim edərkən, iyunun 19-da söz etmişdi.