Sioni kilsəsinin bərpasına başlanılıb
Sioni kilsəsinin bərpasına başlanılıb

Tbilisi bələdiyyəsi Sioni kilsəsində bərpa işlərinə başlayıb.

Hazırda kilsənin ətrafında tikinti skamyalarının quraşdırılması həyata keçirilir.

Bələdiyyənin məlumatına görə, mövcud vəziyyətlə kilsənin dam örtüyü və zəng qülləsi zədələnib. Bunun nəticəsində düşən yağış suları divarları zədələyir və kilsədəki freskalar üçün təhlükə yaradır.

“Kilsənin bu hissəsi tam şəkildə bərpa ediləcək. Kilsə və zəng qülləsi mədəni irs statuslu abidə hesab olunur. Buna görə də layihəni Tbilisi İnkişaf Fondu həyata keçirəcək.

Tikinti işləri oktyabrın sonunadək başa çatacaq. Layihənin ümumi dəyəri 1 220 000 laridir,” – məlumatda qeyd olunur.