Şiomğvime monastırının ərazisi yaxınlığında qayanın bir hissəsi uçub
Şiomğvime monastır kompleksinin ərazisi yaxınlığında qayanın bir hissəsi çöküb. Sosial şəbəkələrdə bunu əks etdirən videogörüntülər yayılır.
Hadisə yerində olan sosial şəbəkə istifadəçiləri yazır ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Gürcüstanın Birinci Kanalı yerli hökumətin nümayəndəsi, eləcə də Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə edilməsi xidməti ilə əlaqə saxlayıb və təfərrüatları dəqiqləşdirdiklərini bildiriblər.