Sinoptiklərin proqnozuna görə, yaxın saatlarda Kvemo Kartli, Mtsxeta-Mtianeti və Kaxetinin bəzi rayonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənmıəsi gözlənilir.

Milli Ətraf Mühit Agentliyi yaxın saatlarda bir neçə bölgəsində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna görə, bu gün, iyunun 17-də yaxın saatlarda Kvemo Kartli, Mtsxeta-Mtianeti və Kaxeti bölgəsinin bəzi rayonunda qısamüddətli yağış yağacağı, güclü şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanın kiçik çaylarında gözlənilən yağıntılar daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).