Sinoptiklərin proqnozuna görə, Gürcüstan ərazisində yaxın günlərdə havanın temperaturu 26 dərəcəyədək yüksələcək
Sinoptiklərin proqnozuna görə, Gürcüstan ərazisində yaxın günlərdə havanın temperaturu 26 dərəcəyədək yüksələcək

 
Milli Ətraf Mühit Agentliyi 30-31 mart və aprelin 1-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Martın 30-da Gürcüstanın bəzi rayonlarında havanın isti olması fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, martın 31-də və aprelin 1-də ölkə ərazisinin əksər hissəsində hava şəraiti isti və yağmursuz keçəcək.

Tbilisidə martın 30-da havanın isti olması fonunda qısamüddətli yağış və külək müşahidə oluna bilər, martın 31-də və aprelin 1-də isə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcəyədək yüksələcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): martın 30-da havanın isti olması fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, martın 31-də və aprelin 1-də isə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): martın 30-da havanın isti olması fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir, martın 31-də və aprelin 1-də isə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): martın 30-da havanın isti olması fonunda qısamüddətli yağış yağacağı gözlənilir, martın 31-də və aprelin 1-də isə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): martın 30-da havanın isti olması fonunda qısamüddətli yağış yağacağı gözlənilir, martın 31-də və aprelin 1-də isə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +13, +18 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): martın 30-da havanın isti olması fonunda bəzi yerlərdə yağış yağacaq, martın 31-də və aprelin 1-də isə hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +22 dərəcə olacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): martın 30-da havanın isti olması fonunda bəzi yerlərdə yağış yağacaq, martın 31-də və aprelin 1-də isə hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +22 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): martın 30-da havanın isti olması fonunda bəzi yerlərdə yağış yağacaq, martın 31-də və aprelin 1-də isə hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +20 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 30-da bəzi yerlərdə sulu qar yağa bilər, martın 31-də və aprelin 1-də isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +15 dərəcə olacaq.