Sinoptiklərin proqnozuna görə, aprelin 6-8-də Gürcüstanda hava şəraitinin vaxtaşırı yağmurlu keçəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna görə, aprelin 6-8-də Gürcüstanda hava şəraitinin vaxtaşırı yağmurlu keçəcəyi gözlənilir

 
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, aprelin 6-8-də Gürcüstanda hava şəraitinin vaxtaşırı yağmurlu keçəcəyi gözlənilir.

Sinoptiklərin proqnozuna görə, aprelin 6-da Qərbi Gürcüstanda bəzi yerlərdə yağış yağacaq, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərqi Gürcüstanda isə hava şəraitinin nisbətən sərin, vaxtaşırı yağmurlu keçəcəyi gözlənilir.

“Tbilisidə hava şəraitinin sərin və yağmurlu keçəcəyi gözlənilir. Aprelin 6-da şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 6-sı səhər saatlarından hava şəraiti yaxşılaşacaq və aprelin 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 6-sı səhər saatlarından hava şəraiti yaxşılaşacaq və aprelin 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə olacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): aprelin 6-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə olacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə olacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): gecə saatlarında bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə təşkil edəcək”- deyə agentliyin məlumatında qeyd olunub.