Sinoptiklərin proqnozuna görə, aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir, Qərbi Gürcüstanda temperatur 29 dərəcəyədək yüksələ bilər
Milli Ətraf Mühit Agentliyi, aprelin 2-3-də ölkə ərazisinin əksər hissəsində isti və yağmursuz hava şəraitinin davam edəcəyi haqqında məlumat verir.
Sinoptiklərin proqnozuna görə, Qara dənizin sahil rayonlarında və Kolxeti düzənliyində havanın temperaturu +24, +29 dərəcəyə qədər yüksələ bilər. Onların verdiyi məlumatda, aprelin 4-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü küləyin gözlənildiyi deyilir.
“Tbilisidə hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-də güclü şimal-qərb küləyi əsəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və bəzi yerlərdə güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): aprelin 2-3-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və bəzi yerlərdə güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-ü səhər saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və bəzi yerlərdə güclü külək olacağı gözlənilir. Havanın temperaturu da aşağı düşəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü külək olacağı gözlənilir.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü külək olacağı gözlənilir.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü külək olacağı gözlənilir.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): aprelin 2-3-də hava şəraiti isti və yağmursuz keçəcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və güclü külək olacağı gözlənilir”- Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.