Sinoptiklərin proqnozuna əsasən, yüksək temperatur fonunda sentyabrın 10-12-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi sentyabrın 10-12-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
Tbilisidə ola bilsin qısamüddətli yağış müşahidə olunsun. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : sentyabrın 10-11-də isti və yağmursuz hava şəraiti gözlənilir, sentyabrın 12-də isə bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +34 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +25, +30 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, dolu yağa və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, dolu yağa və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +32, +35 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir, dolu yağa və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə olacaq.