Sinoptiklərin proqnozuna əsasən, yüksək temperatur fonunda iyulun 12-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı, dolu düşəcəyi və küləyin olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi iyulun 9-11-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yüksək temperatur fonunda iyulun 12-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı, dolu düşə biləcəyi və küləyin güclənəcəyi gözlənilir.
Tbilisidə şimşəklə və küləyin güclənməsi ilə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): şimşəklə müşayiət olunan qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +34, +36 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): şimşəklə müşayiət olunan qısamüddətli yağış yağa bilər, bəzi yerlərdə ola bilsin dolu düşsün və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yüksək temperatur fonunda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağa bilər, bəzi yerlərdə ola bilsin dolu düşsün və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): yüksək temperatur fonunda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləyin əsməsi mümkündür. Havanın temperaturu gündüz saatlarında +36, +38 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): yüksək temperatur fonunda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləyin əsməsi mümkündür. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq. Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləyin əsməsi mümkündür. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcə olacaq.