Sinoptiklərin proqnozuna əsasən, yanvarın 9-dan Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi və havanın temperaturunun aşağı düşəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, yanvarın 9-dan Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi və havanın temperaturunun aşağı düşəcəyi gözlənilir

 
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, yanvarın 9-dan nisbətən soyuq və yağmurlu hava şəraiti gözlənilir. Yanvarın 9-da Şərqi Gürcüstanın aran bölgələrində gündüz saatlarında +10, +15 dərəcə qeydə alınacaq.

Tbilisidə hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +11, +13 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti), eləcə də Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti) yanvarın 9-dan başlayaraq yağış yağacaq və hava soyuyacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Chiatura, Saçxere, Xulo) yanvarın 9-dan hava şəraiti yağmurlu keçəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) yanvarın 9-dan qar yağacaq. Havanın temperaturu gündüz +3, +8 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) yanvarın 9-da bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq, havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) yanvarın 9-da bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturunun gündüz saatlarında +12, +14 dərəcə olacağı gözlənilir.

Yanvarın 9-da Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) yanvarın 9-da qar yağacaq. Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.