Sinoptiklərin proqnozuna əsasən, yanvarın 7-si və 8-də Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, lakin axşam saatlarında şaxta güclənəcək
Sinoptiklərin proqnozuna əsasən, yanvarın 7-si və 8-də Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, lakin axşam saatlarında şaxta güclənəcək

 
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanın əksər rayonlarında günün ikinci yarısından qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Bu gün axşam saatlarında qərb küləyi güclənəcək. Bu barədə Gürcüstanın Birinci Kanalına Milli Ətraf Mühit Agentliyinin qısamüddətli proqnozlar idarəsinin rəhbəri Dodo Qvazava məlumat verib.

Onun verdiyi məlumatda, iki günlüyünə, yanvarın 7-si və 8-də hava şəraitinin yaxşılaşacağı deyilir, hərçənd yanvarın 7-si axşam saatlarında şaxta gözlənilir.

“Gecə saatlarında, xüsusilə Qərbi Gürcüstanın bəzi rayonlarında yağıntılar dayanıb, lakin hazırda Qara dənizin şimal-qərbindən rütubətli və nisbətən soyuq hava kütlələri daxil olur. Bu səbəbdən, Qərbi Gürcüstanda yağmurlu hava şəraiti yenidən davam edəcək, lakin gündüz saat 12:00-13:00-dan etibarən bu rütubətli hava kütlələri Şərqi Gürcüstanın əksər rayonlarına da keçəcək və burada da əksər rayonlarda yağış yağacağı gözlənilir. Gürcüstanın dağlıq rayonlarında bəzi yerlərdə yağış yağacaq, vaxtaşırı qara çevriləcək və sulu qar şəklində düşəcək. Gürcüstanın əksər rayonlarında günün ikinci yarısından qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Axşam saatlarında qərb küləyi güclənəcək. Yüksək dağlıq ərazilərdə çovğun olacağı istisna edilmir. Sahil rayonları nisbətən istidir. Aran bölgələrində +8, yüksək dağlıq rayonlarda -3-5 dərəcə gözlənilir. Qərbi Gürcüstanın əksər rayonlarında havanın yağmurlu keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv ola bilmə ehtimalı var, sabah səhər saatlarından etibarən isə zəifləyəcək. Bu axşam, qərb bölgələrində yağıntının qar şəklində düşəcəyi gözlənilir. Kaxeti bölgəsində və paytaxtda hava şəraiti düzələcək, lakin mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. İki günlüyünə hava şəraitinin düzələcəyi gözlənilir, yanvarın 7-si və 8-də Gürcüstanda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 7-də gecə saatlarında şaxta güclənəcək”- Dodo Qvazava açıqlayıb.