Sinoptiklərin proqnozuna əsasən, yanvarın 24-dək Şərqi Gürcüstanda qar, duman, yolların buz bağlaması gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
Sinoptiklərin proqnozuna əsasən, yanvarın 24-dək Şərqi Gürcüstanda qar, duman, yolların buz bağlaması gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər

 
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, yanvarın 22-si günün sonundan 24-dək Şərqi Gürcüstanda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman olacağı, yolların, elektrik naqillərinin buz bağlayacağı gözlənilir.

“Güclü qar yağması, görmə məsafəsinin pisləşməsi və buz bağlaması səbəbindən avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür”- Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.