Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 3-5-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi sentyabrın 3-5-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir.
Tbilisidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : bəzi yerlərdə şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : bəzi yerlərdə şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : bəzi yerlərdə şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir, dolu düşə bilər. Havanın temperaturu gündüz saatlarında +32, +35 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir, bəzi yerlərdə dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə olacaq. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : şimşəklə müşaiət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +25 dərəcə qeydə alınacaq.