Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 18-20-də Gürcüstanda sərin və vaxtaşırı yağışlı hava gözlənilir
Milli Ətraf Mühit Agentliyi sentyabrın 18-20-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır. Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanda nisbətən sərin və vaxtaşırı yağışlı hava gözlənilir.
Tbilisidə ola bilsin az miqdarda yağış yağsın və duman qeydə alınsın. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): vaxtaşırı yağışlı hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə qeydə alınacaq. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +24 dərəcə olacaq. Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +17, +19 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə olacaq. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, hava dumanlı ola bilər. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : qısamüddətli yağış yağacağı gözlənilir, bəzi yerlərdə hava dumanlı ola bilər. Havanın temperaturu gündüz saatlarında +15, +20 dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +12, +17 dərəcə olacaq.