Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 22-dən Gürcüstan ərazisinin əksər hissəsində hava şəraiti yaxşılacaq və nisbətən temperatur yüksələcək
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda oktyabrın 22-24-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 22-dən Gürcüstan ərazisinin əksər hissəsində hava şəraiti yaxşılacaq və gündüz saatlarında nisbətən temperatur yüksələcək.
Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcəyədək yüksələcək, gecə isə +4, +6 dərəcə gözlənilir.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +13, +18 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +15, + 20 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +10, + 15 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : bəzi yerlərdə az miqdarda qar qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +5, + 10 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +13, + 18 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +13, + 18 dərəcəyədək yüksələcək. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə az miqdarda yağış qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +10, + 15 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə az miqdarda qar qeydə alına bilər. Havanın temperaturu gündüz saatlarında +5, + 10 dərəcəyədək yüksələcək.