Sinoptiklərin proqnozuna əsasən, noyabrın 1-dək Gürcüstanda nisbətən isti və yağmursuz hava gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, noyabrın 1-dək Gürcüstanda nisbətən isti və yağmursuz hava gözlənilir. Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, havanın temperaturu gündüz saatlarında aran rayonlarında +15, +20 dərəcə çərçivəsində qeydə alınacaq, gecə saatlarında isə aşağı temperatur qorunub saxlanacaq.
“Tbilisidə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturunun gündüz saatlarında +16, +18, gecə saatlarında isə +3, +5 dərəcə olacağı gözlənilir.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): isti və yağmursuz hava olacaq. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : isti və yağmursuz hava olacaq. Havanın temperaturu gündüz saatlarında +14, +18 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +10, +14 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +14, +18 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): isti və yağmursuz hava olacaq. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +12, +16 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +6, +11 dərəcə qeydə alınacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.