Sinoptiklərin proqnozuna əsasən, iyunun 25-dən iyunun 26-sı günün sonuna kimi Gürcüstanda şimşəklə müşayiət olunan yağış yağacağı, güclü küləyin əsəcəyi, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda iyunun 26-dək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, iyunun 25-i günün sonundan 26-sı günün sonuna kimi Gürcüstanda şimşəklə müşayiət olunan vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, qərb istiqamətindən güclü küləyin əsəcəyi, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.
“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)”- Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.