Sinoptiklərin proqnozuna əsasən, iyunun 22-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, iyunun 22-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyunun 20-dən 22-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağış yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.

Onların verdiyi məlumata əsasən, gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta).