Sinoptiklərin proqnozuna əsasən, iyulun 26-dək Gürcüstanın ayrı-ayrı rayonlarında hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi iyulun 23-25-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, iyulun 26-dək Gürcüstanın ayrı-ayrı rayonlarında hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir.
Tbilisidə iyulun 23-24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, iyulun 25-də isə buludlu olacaq və yağış yağacaq. Havanın temperaturu iyulun 23-24-də gündüz saatlarında +33, +35, iyulun 25-də isə +27, +29 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 23-də və 25-də hava şəraiti yağmursuz keçəcək, iyulun 24-də isə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 23-də və 25-də hava şəraiti yağmursuz keçəcək, iyulun 24-də isə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu iyulun 23-24-də gündüz saatlarında +33, +35 dərəcə olacaq, iyulun 25-də isə +25, +27 dərəcəyədək aşağı düşəcək.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə şimşəklə müşaiyət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +23, +25 dərəcə olacaq..