Sinoptiklərin proqnozuna əsasən, iyulun 21-dək Gürcüstanda şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi iyulun 18-20-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, iyulun 21-dək Gürcüstanda vaxtaşırı şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.
Tbilisidə şimşəklə və küləyin qısamüddətli güclənməsi ilə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir, havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Bəzi yerlərdə ola bilsin dolu və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +33, +35 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Bəzi yerlərdə ola bilsin dolu və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) şimşəklə müşayiət olunan qısamüddətli yağışın yağacağı gözlənilir. Bəzi yerlərdə ola bilsin dolu və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.