Sinoptiklərin proqnozuna əsasən, iyulun 13-ü səhərədək Gürcüstanın bəzi bölgələrində yağış yağacağı şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir

19:40, 12.07.2024

Milli Ətraf Mühit Agentliyi Gürcüstanın bəzi bölgələrində gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyulun 13-ü səhərədək Raça-Leçxumi və Kvemo Svaneti, Samtsxe-Cavaxeti və Şida Kartli bölgələrində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. .

Onların məlumatına əsasən, gözlənilən yağıntı qeyd olunan bölgələrin kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq bölgələrdə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)

Oxşar