Sinoptiklərin proqnozuna əsasən, iyulun 1-2-də Gürcüstanda şimşəklə müşayiət olunan yağışın yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, iyulun 1-2-də Gürcüstanda şimşəklə müşayiət olunan yağışın yağacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir

 
Milli Ətraf Mühit Agentliyi iyulun 1-2-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyulun 1-i günün sonundan iyulun 2-si günün sonunadək Gürcüstanda şimşəklə müşayiət olunan vaxtaşırı yağışın yağacağı, bəzi yerlərdə güclü olacağı, dolu düşə biləcəyi və küləyin güclənəcəyi gözlənilir.

Onların verdiyi məlumata əsasən, gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)