Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda mayın 7-si günün ikinci yarısına qədər yağışlı hava şəraiti davam edəcək
Mayın 6-sı günün sonundan mayın 7-si günün ikinci yarısınadək Gürcüstanda yağışlı hava şəraiti davam edəcək, şərqi Gürcüstanda bəzi yerlərdə güclü olacaq, yüksək dağlıq bölgələrdə qar yağa bilər-bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin qalxmasına, Şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə sürüşmənin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər”-Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.