Sinoptiklərin proqnozuna əsasən, Gürcüstan ərazisində yaxın günlərdə havanın temperaturu 33 dərəcəyə qədər yüksələcək
Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda, aprelin 16-dan Gürcüstanda havanın temperaturunun əhəmiyyətli dərəcədə yüksələcəyinin gözlənildiyi deyilir.
Sinoptiklər, Tbilisidə isti və yağmursuz hava şəraitinin gözlənildiyi haqqında məlumat verirlər. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcəyədək yüksələcək.
“Sahil rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +30, +32 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +25, +27 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcəyədək yüksələcək” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.