Sinoptiklərin proqnozuna əsasən, günün sonunadək Şida Kartli, Kvemo Kartli, Kaxeti, Mtsxeta-Mtianetidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, günün sonunadək Şida Kartli, Kvemo Kartli, Kaxeti, Mtsxeta-Mtianetidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi günün sonunadək ayrı-ayrı bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyunun 4-də günün sonunadək Şida Kartli, Kvemo Kartli, Kaxeti, Mtsxeta-Mtianetidə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.

“Gözlənilən yağıntılar qeyd olunan bölgələrin təpəlik və dağlıq hissələrində sürüşmə və sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər”-deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.