Sinoptiklərin proqnozuna əsasən, avqustun 2-dək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, avqustun 2-dək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir

 
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, avqustun 2-dək Gürcüstanda hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir.

Sinoptiklərin proqnozuna əsasən, Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək. İyulun 31-də şimal-qərb istiqamətində külək əsəcək. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 30-u günün sonundan avqustun 1-i səhərədək vaxtaşırı yağış yağacaq, gündüz isə hava şəraiti sabitləşəcək. İyulun 31-də ola bilsin şimşək çaxsın və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 30-u günün sonundan avqustun 1-i səhərədək vaxtaşırı yağış yağacaq, gündüz isə hava şəraiti sabitləşəcək. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir. İyulun 31-də ola bilsin şimşək çaxsın, dolu yağsın və külək güclənsin. İyulun 25-26-da havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): hava şəraitinin vaxtaşırı yağışlı olacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, iyulun 31-də ola bilsin şimşək çaxsın, dolu yağsın və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə olacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, iyulun 31-də ola bilsin şimşək çaxsın, dolu yağsın və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, iyulun 31-də ola bilsin şimşək çaxsın, dolu yağsın və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir, iyulun 31-də ola bilsin şimşək çaxsın, dolu yağsın və külək güclənsin. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə olacaq” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.