Sinoptiklərin proqnozuna əsasən, avqustun 16-dək Gürcüstanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi avqustun 13-15-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, avqustun 13-də səhərdən etibarən Qərbi Gürcüstanda hava şəraiti düzələcək və avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, Şərqi Gürcüstanın bəzi rayonlarında isə ola bilsin qısamüddətli yağış yağsın, şimşək və dolu qeydə alınsın.
Tbilisidə hava şəraiti əsasən yağmursuz keçəcək. Vaxtaşırı şimal-qərb istiqamətindən külək əsəcək. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) sabah səhərdən etibarən hava şəraiti düzələcək və avqustun 16-dək hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +28, +30 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) avqustun 16-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə qısamüddətli yağış yağa, şimşək çaxa, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +31, +33 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) bəzi yerlərdə qısamüddətli yağış yağa, şimşək çaxa, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +32, +34 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qısamüddətli yağış yağa, şimşək çaxa, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +29, +31 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə qısamüddətli yağış yağa, şimşək çaxa, dolu düşə və külək güclənə bilər. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə olacaq.