Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər, güclü küləyin əsəcəyi də gözlənilir
Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda havanın temperaturu 40 dərəcəyə qədər yüksələ bilər, güclü küləyin əsəcəyi də gözlənilir

 

 

Ətraf Mühit üzrə Milli Agentliyin Hidrometeoroloji Proqnozlar Şöbəsinin rəhbəri Svetlana Nioradze , Gürcüstanda isti və yağmursuz hava şəraitinin qorunub saxlanacağını bildirib.

Svetlana Nioradze Gürcüstanın Birinci Kanalına avqustun 28-dək ölkədə əsasən yağmursuz hava şəraitinin gözlənildiyini, havanın temperaturunun 40 dərəcəyə qədər yüksələ biləcəyini açıqlayıb.

“Avqustun 24, 25 və 26-da Qərbi Gürcüstanda bəzi rayonlarda havanın temperaturu 40 dərəcəyə çata bilər. Bununla yanaşı, güclü külək gözləyirik. Şərq istiqamətində artıq güclü külək əsir. Kutaisidə saniyədə 26 metr sürətlə əsən külək qeydə alınıb. Avqustun 28-dək əksər bölgələrdə yağmursuz, isti və küləkli hava şəraiti qorunub saxlanacaq. Külək əsasən Qərbi Gürcüstanda və Qori-Surami yolunun hissəsində əsəcək. Paytaxtda güclü küləyin əsəcəyi gözlənilmir. Havanın temperaturu 34-36 dərəcə civarında olacaq. Qərbdə Gürcüstanın şərqindən daha yüksək temperatur gözləyirik” – deyə Svetlana Nioradze bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, avqustun 11-dən Borcomi vadisində hava yağmursuz keçib. Svetlana Nioradze sabah axşam bir az yağış yağacağını və bunun da vəziyyətə müsbət təsir etməyəcəyini bildirib.

“Torpaq səthinin quru olması, havanın yüksək temperaturunun 32-37 dərəcə aralığında qeydə alınması fonunda istənilən sürətli külək meşə yanğınlarının baş verməsinə səbəb olur. Borcomi vadisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah axşam saatlarında zəif yağış yağacağı ehtimalı var ki, bu da vəziyyətə müsbət təsir etməyəcək” – deyə Svetlana Nioradze bildirib.