Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda fevralın 5-dən fevralın 8-dək əsasən qar yağışının olacağı, fevralın 6-da güclü külək əsəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanda fevralın 5-dən fevralın 8-dək əsasən qar yağışının olacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı (əsasən ölkənin qərb bölgəsində), dağlıq ərazilərdə duman, çovğun olacağı gözlənilir. Yollar buz bağlaya, qar uçqunu təhlükəsi ola, elektrik xətləri dona və dənizdə 6 bala qədər güclü tufanlar ola bilər.
Sinoptiklərin məlumatına görə, fevralın 6-da çox güclü külək əsəcək.
“Güclü qar yağması, görmə məsafəsinin məhdudlaşması, çovğun, buz və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.
Gözlənilən güclü yağıntılar qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev