Sinoptiklərin proqnozlarına əsasən yanvarın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, yanvarın 9-dan isə yağıntılı olacağı, havanın temperaturunun aşağı düşəcəyi gözlənilir
Sinoptiklərin proqnozlarına əsasən yanvarın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, yanvarın 9-dan isə yağıntılı olacağı, havanın temperaturunun aşağı düşəcəyi gözlənilir

Milli Ətraf Mühit Agentliyi yanvarın 7-9-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin məlumatına görə, yanvarın 7-8-də Gürcüstanın bəzi rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərbi Gürcüstan alçaqlarında havanın +16, +21 dərəcəyə qədər istilənəcəyi, yanvarın 9-dan isə yenidən nisbətən soyuq və yağışlı hava şəraitinin davam edəcəyi gözlənilir. Yanvarın 8-9-da Şərqi Gürcüstanın alçaqlarında gündüz +10, +15 dərəcə isti olacaq.

Tbilisidə hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +11, +13 dərəcə isti təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yanvarın 7-8-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu +19, +21 dərəcə təşkil edəcək, yanvarın 9-dan isə yağış yağacaq, hava nisbətən soyuyacaq.

Qərbi Gürcüstanın alçaq rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): yanvarın 7-8-də havanın isti və yağmursuz keçəcəyi, havanın temperaturu +18, +20 dərəcə, yanvarın 9-dan isə yağış yağacaq və havanın temperaturu aşağı düşəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): yanvarın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi, havanın temperaturunun +7, +12 dərəcə isti, yanvarın 9-dan isə yağışlı hava olacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yanvarın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, yanvarın 9-dan isə qar yağacağı gözlənilir. Havanın temperaturu +3, +8 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) yanvarın 9-da bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq, havanın temperaturu gün ərzində +13, +15 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yanvarın 9-da bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturunun gün ərzində +12, +14 dərəcə isti olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): yanvarın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 9-da yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 7-8-də hava şəraitinin yağmursuz keçəcəyi, yanvarın 9-da isə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +6 dərəcə isti təşkil edəcək.