Sinoptiklərin proqnozlarına əsasən Gürcüstanda havanın temperaturu 22 dərəcəyə qədər yüksələcək
Sinoptiklərin proqnozlarına əsasən Gürcüstanda havanın temperaturu 22 dərəcəyə qədər yüksələcək

 

Fevralın 27-28-də Gürcüstanda hava isti və yağmursuz keçəcək-bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır. Verilmiş məlumatda havanın temperaturunun aran rayonlarında gündüz saatlarında +17, +22 dərəcəyədək yüksələcəyi deyilir.

“Martın 1-də günün ikinci yarısından başlayaraq martın 6-dək fasilələrlə yağmurlu hava olacağı gözlənilir. Bəzi yerlərdə qərb istiqamətində külək əsəcək. Havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək.

Tbilisidə fevralın 27-28-də və martın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 2-də isə qısamüddətli yağış və küləyin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə isti təşkil edəcək, martın 2-dən 4-6 dərəcə aşağı düşəcək” -deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.