Sinoptiklərin proqnozlarına əsasən, fevralın 20-22-də Gürcüstanın bəzi rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir
Sinoptiklərin proqnozlarına əsasən, fevralın 20-22-də Gürcüstanın bəzi rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir

 
Milli Ətraf Mühit Agentliyi fevralın 20-22-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozlarına əsasən, fevralın 20-22-də Gürcüstanın bəzi rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir.

Tbilisidə az miqdarda yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +10, +12 dərəcə olacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) fevralın 20-21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, fevralın 22-də isə ola bilsin yağış yağacağı gözlənilir. Havanın temperaturu +13, +15 dərəcə müşahidə olunacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti) fevralın 20-də və 22-də bəzi yerlərdə yağış yağacaq, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +13, +15 dərəcə müşahidə olunacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) fevralın 20-də və 22-də bəzi yerlərdə yağış yağacağı, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +8, +10 dərəcə müşahidə olunacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) fevralın 20-də və 22-də bəzi yerlərdə qar yağacağı, fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu +5,+7 dərəcə isti müşahidə olunacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə hava şəraiti yağmurlu keçəcək. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə müşahidə olunacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə müşahidə olunacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə hava şəraiti yağmurlu keçəcək. Havanın temperaturu gündüz saatlarında +6, +8 dərəcə müşahidə olunacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu -1, +1 dərəcə müşahidə olunacaq.