Sinoptiklərin məlumatına görə, yanvarın 15-17-də Gürcüstanda yağışlı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi yanvarın 15-17-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, yanvarın 15-17-də Gürcüstanda havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar şəklində olacağı gözlənilir.
“Yanvarın 15-də Tbilisidə az yağış yağacağı, duman olacağı ehtimalı var. Yanvarın 16 və 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +8 +10 dərəcə təşkil edəcək
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): yanvarın 15-17-də yağış yağacağı, yanvarın 15-də havanın temperaturunun gün ərzində +11+13 dərəcə isti olacağı, +6,+8 dərəcəyədək enəcəyi gözlənilir. 16-17 yanvar tarixlərində dərəcə.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): yanvarın 15-17-də yağış yağacağı, yanvarın 15-də havanın temperaturunun gün ərzində +14+16 dərəcə isti olacağı gözlənilir. 16-17 yanvarda +5, +7 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): yanvarın 15-17-də yağıntının əsasən qar şəklində yağacağı, havanın temperaturu +10 dərəcə isti təşkil edəcək. Yanvarın 15-də gündüz +12 dərəcə, yanvarın 16-da isə 17-də +3,+5 dərəcəyədək isti düşəcək
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yanvarın 15-17-də qar yağacağı, duman və çovğun olacağı gözlənilir. Havanın temperaturu gündüz +1+3 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yanvarın 15-17-də yağış yağacağı, yanvarın 16-17-də bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 7+9 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yanvarın 15-də az yağış yağacağı, duman olacağı, yanvarın 16-17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): 15-17 yanvarda yağıntının əsasən qar şəklində yağacağı gözlənilir. Havanın temperaturu gündüz 3+5 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): yanvarın 15-17-də qar yağacağı, bəzi yerlərdə duman, çovğun olacağı gözlənilir. Gün ərzində havanın temperaturu -1,+1 dərəcə isti təşkil edəcək”, – Ətraf Mühit üzrə Milli Agentliyin yaydığı məlumatda deyilir.