Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Gürcüstanda şaxta gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 21-23-də Gürcüstanda çətin meteoroloji şərait gözlənilir – yağıntı, əsasən qar şəklində, güclü külək; Güclü qar, dağlıq ərazilərdə duman və qar fırtınası, dənizdə tufan, yolların buz bağlaması, elektrik xətlərinin donması, dağlıq rayonlarda uçqun təhlükəsi.
Qurumdan verilən məlumata görə, yolların müəyyən hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
“Dekabrın 23-26-da Kolxeti ovalığında havanın temperaturunun gecə -4, -6 dərəcəyə enəcəyi gözlənilir ki, bu da sitrus bitkilərinə zərər verə bilər”, – Milli Ətraf Mühit Agentliyinin açıqlamasında bildirilir.