Sinoptiklərin məlumatına görə, noyabrın 1-dən Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanın qərbində noyabrın 1-dək isti və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu +17, +22 dərəcəni təşkil edəcək.
“Oktyabrın 27 və 30-da Şərqi Gürcüstanın bəzi yerlərində az yağıntılı olacağı, duman olacağı ehtimalı var. Havanın temperaturu +9, +14 dərəcə təşkil edəcək. Digər günlərdə yağıntı gözlənilmir, havanın temperaturu +12, +17 dərəcəyədək yüksələcək.
“Noyabrın 1-dən ölkənin əksər rayonlarında isti və əsasən yağmursuz hava şəraiti gözlənilir”, – Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlikdən bildiriblər.
Onların sözlərinə görə, oktyabrın 27 və 30-da Tbilisidə az yağıntılı olacağı, duman olacağı ehtimalı var.
“Havanın temperaturu +10, +12 dərəcə olacaq, digər günlərdə yağıntı gözlənilmir, havanın temperaturu +14, +16 dərəcəyədək yüksələcək. Noyabrın 1-dən hava 4-5 dərəcə isti olacaq”, – deyə Milli Ətraf Mühit Agentliyindən bildirilib.