Sinoptiklərin məlumatına görə, mayın 21-dək Gürcüstanda sərin və yağışlı hava gözlənilir
Milli Ətraf Mühit Agentliyi mayın 18-20-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, mayın 21-dək hava şəraitinin nisbətən sərin keçəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mayın 18-də Tbilisidə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, mayın 19-20-də qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): havanın yağmursuz keçəcəyi, havanın temperaturu gün ərzində +21, +23 dərəcə isti təşkil edəcək. Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): mayın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mayın 19-20-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək. Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək. Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək. Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşə bilər. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri, Dedoplistskaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, dolu da ola bilər. Havanın temperaturu gündüz +16, +18 dərəcə təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Dedoplistskaro: bəzi yerlərdə yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.