Sinoptiklərin məlumatına görə, iyunun 16-18-də Gürcüstanda yağış, güclü külək gözlənilir
Milli Ekologiya Agentliyi iyunun 16-18-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, iyunun 16-18-də Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə tufan 3-4 bal olacağı gözlənilir.
“Gürcüstanın çaylarında gözlənilən yağıntılar sululuğun əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə və sel sürüşmələrinə səbəb ola bilər (risk səviyyəsi ortadır)”. – Agentliyin məlumatında qeyd olunur.