Sinoptiklərin məlumatına görə, avqustun 23-26-da Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək çaxacağı, dolu və külək olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi avqustun 23-26-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var.
Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik ərazilərində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.