Sinoptiklərin məlumatına əsasən, yanvarın 27-dən 28-i səhərədək dağlıq bölgələrdə qar, duman, yolların buz bağlaması gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
Sinoptiklərin məlumatına əsasən, yanvarın 27-dən 28-i səhərədək dağlıq bölgələrdə qar, duman, yolların buz bağlaması gözlənilir, bəzi hissələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər

 
Yanvarın 27-dən 28-i səhərədək Gürcüstanın dağlıq bölgələrində arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman, yolların buz bağlaması gözlənilir.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Sinoptiklərin məlumatında, güclü qar yağması, görmə məsafəsinin pisləşməsi və yolların buz bağlaması ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırıla biləcəyi deyilir.