Fevralın 6-dək Gürcüstanda hava şəraitinin yağmurlu keçəcəyi, bəzi yerlərdə yağıntının qar şəklində düşəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyi fevralın 3-5-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, fevralın 6-dək Qərbi Gürcüstanın əksər və Şərqi Gürcüstanın bəzi rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir.
“Tbilisidə hava şəraiti yağmursuz olacaq. Fevralın 5-də günün sonundan etibarən güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +7,+9 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): fevralın 6-dək arabir yağış yağacağı gözlənilir. Fevralın 5-də günün sonundan güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): fevralın 6-dək arabir yağış yağacağı gözlənilir. Fevralın 5-də günün sonundan başlayaraq güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): fevralın 6-dək arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında +5,+7 dərəcə isti qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): fevralın 6-dək arabir qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında -1, +1 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): fevralın 6-dək vaxtaşırı yağıntılı hava şəraiti gözlənilir. Fevralın 5-də günün sonundan etibarən güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +6, +8 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): fevralın 6-dək hava əsasən yağmursuz keçəcək. Fevralın 5-də günün sonundan etibarən güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında +6, +8 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro) : fevralın 6-dək bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 0,+5 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): fevralın 6-dək bəzi yerlərdə qar yağacağı, çovğun olacağı gözlənilir. Gündüz saatlarında havanın temperaturu 0,-5 dərəcə qeydə alınacaq”-Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.