Sinoptiklər yanvarın 12-15-də Gürcüstanda hava şəraitinin pisləşəcəyini proqnozlaşdırırlar
Sinoptiklər yanvarın 12-15-də Gürcüstanda hava şəraitinin pisləşəcəyini proqnozlaşdırırlar

 
Yanvarın 12-si günün sonundan 14-ü günün ikinci yarısına kimi Gürcüstanda vaxtaşırı havanın yağmurlu keçəcəyi, yağıntının əsasən qar şəklində yağacağı, bəzi yerlərdə güclü olacağı, çovğun olacağı, yolların buz bağlayacağı, elektrik verilişi xəttlərinin donacağı gözlənilir-bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Məlumatda, yanvarın 13-də güclü qərb küləyinin əsəcəyi, dənizdə 3-4 ballıq fırtınanın ola biləcəyi deyilir.

“Yanvarın 14-15-də gecə saatlarında şaxta güclənəcək. Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturunun -3, -5 dərəcəyə qədər soyuması sitrus bitkilərinə (xüsusilə limonlara) ziyan vura bilər.

Avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər”- Milli Ətraf Mühit Agentliyindən bildiriblər.