Sinoptiklər yaxın günlərdə yağışsız havanı, 12 fevraldan isə, havanın soyuq axınını proqnozlaşdırırlar
Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Gürcüstanda yağışsız hava olacaq. Onların proqnozuna görə, havanın Tbilisidə maksimal temperaturu +4 dərəcə olacaq.
Elə onların məlumatına görə, 12 fevraldan Gürcüstan miqyası ilə havalar yenə pisləşəcək, qərbi Gürcüstanda əsasən qar gözlənilir.
“Qərbi, eləcə də şərqi Gürcüstanda, o cümlədən Tbilisidə vaxtaşırı buludlu hava olacaq. Əksər hallarda yağışsız və qarsız hava olacaq. Bəzi yerlərdə qərb istiqamətli külək əsəcək.
Hava temperaturu aran yerlərdə bir dərəcə şaxta, dörd dərəcə isti olacaq. Dağlıq yerlərdə 12-20 dərəcə şaxta gözlənilir. Gündüz hava temperaturu 7-12 dərəcəyə qədər artacaq. Dağlıq yerlərdə güclü şaxta gözləyirik.
Havanın pisləşməsini 12 fevraldan gözləyirik. Qərbi Gürcüstana yenə soyuq hava axını daxil olacaq. Əksər rayonlarda qar yağacaq”, – sinoptik Nona Elisaşvili bəyan etdi