Sinoptiklər Qara dənizin sahillərində, dağlıq bölgələrdə və Kaxeti bölgəsində bu gün güclü yağış yağacağını proqnozlaşdırırlar
Sentyabrın 12-də Qara dənizin sahillərində, Gürcüstanın dağlıq bölgələrində və Kaxeti (xüsusilə də xarici Kaxeti) ərazisində bəzi yerlərdə intensiv yağış yağacağı gözlənilir.
Məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
“Gözlənilən güclü yağıntılar Gürcüstanın çaylarında daşqınlara, dağlıq ərazilərdə isə sürüşmə-sel proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola bilər”- deyə məlumatda qeyd olunur.