Sinoptiklər dekabrın 27-dək Gürcüstanın bəzi bölgələrində soyuq və qarlı hava şəraitinin qorunub saxlanılacağı ilə bağlı məlumat verirlər
Sinoptiklər dekabrın 27-dək Gürcüstanın bəzi bölgələrində soyuq və qarlı hava şəraitinin qorunub saxlanılacağı ilə bağlı məlumat verirlər

 
Milli Ətraf Mühit Agentliyi dekabrın 25-28-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklər dekabrın 27-dək Gürcüstanın bəzi bölgələrində soyuq və qarlı hava şəraitinin qorunub saxlanılacağı ilə bağlı məlumat verirlər.

“Dekabrın 27-28-də yağıntıların intensivliyi azalacaq, hərçənd dekabrın 28-də yüksək dağlıq ərazilərdə bəzi yerlərdə güclü qar, duman və çovğun olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Tbilisidə kiçik yağıntı müşahidə edilə bilər. Dekabrın 28-də şimal-qərb istiqamətində güclü külək əsəcək. Havanın temperaturu gündüz +8, +10 dərəcə isti təşkil edəcək. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 29-dək arabir yağış yağacaq. Dekabrın 28-də güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək. Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 29-dək arabir yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək. Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 29-dək arabir qar yağacaq. Havanın temperaturu gün ərzində +8, +10 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Mestia, Baxmaro): dekabrın 29-dək arabir qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Havanın temperaturu gündüz +2, +4 dərəcə isti təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 29-dək bəzi yerlərdə hava şəraiti yağmurlu olacaq. Dekabrın 28-də güclü qərb küləyi əsəcək, havanın temperaturu gün ərzində +8, +10 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): dekabrın 29-dək hava şəraitinin bəzi yerlərdə yağmurlu olacağı gözlənilir. Dekabrın 28-də güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +8, +10 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz +4,+9 dərəcə isti təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Havanın temperaturu gündüz -1,+4 dərəcə isti təşkil edəcək”- məlumatda deyilir.