Sinoptiklər dekabrın 22-dək Gürcüstanda soyuq və yağmursuz hava şəraitinin gözlənildiyinə dair məlumat yayırlar
Sinoptiklər dekabrın 22-dək Gürcüstanda soyuq və yağmursuz hava şəraitinin gözlənildiyinə dair məlumat yayırlar

 
Milli Ətraf Mühit Agentliyi dekabrın 18-21-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, dekabrın 22-dək Gürcüstanda nisbətən soyuq və yağmursuz hava şəraiti gözlənilir.

“Dekabrın 18-21-də Tbilisidə hava yağmursuz keçəcək. Havanın temperaturu gecə -3° dərəcəyədək azalacaq, gündüz +8, +10° dərəcə olacaq. Sahil bölgələrində (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək. Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək. Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +7, +12 dərəcəyədək yüksələcək. Qərbi Gürcüstanın dağlıq bölgələrində (Mestia, Baxmaro): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +2, +7 dərəcə təşkil edəcək. Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 18-21-də hava yağmursuz keçəcək. Havanın temperaturu gecə -3, -5 dərəcə şaxta, gündüz +8, +10 dərəcə isti qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): 18-21 dekabrda hava yağmursuz keçəcək. Havanın temperaturu gecə -2, -4 dərəcəyədək azalacaq, gündüz +8,+10° dərəcə qeydə alınacaq. Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistsğaro): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +4, +9 dərəcə isti təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz -1, +4 dərəcə qeydə alınacaq” – məlumatda deyilir.