Sinoptiklər bu gün Gürcüstanın əksər rayonlarında yağış, bəzi yerlərdə dolu yağacağını və külək əsəcəyini proqnozlaşdırırlar
Sinoptiklər bu gün Gürcüstanın əksər rayonlarında yağış, bəzi yerlərdə dolu yağacağını və külək əsəcəyini proqnozlaşdırırlar

 
Sinoptiklərin proqnozuna əsasən, avqustun 29-da gecə saatlarından başlayaraq Qara dənizin sahilyanı rayonlarından bəzilərində, gündüz isə Gürcüstanın əksər ərazilərində qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin əsəcəyi gözlənilir.

Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda Gürcüstan çaylarında gözlənilən leysan yağışların suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə proseslərinin formalaşmasına-aktivləşməsinə səbəb ola biləcəyi deyilir.