Ümümdünya Səhiyyə Təşkilatı Çinin “Sinofarm” vaksinasına avtorizasiya verdi.
ÜST-ün baş direktoru Tedros Adano bu gün keçirdiyi brifinqdə bəyan etdi ki, “Sinofarm” haqqında qərar ÜST-ün mütəxəssislər qrupunun bu günki iclasında verildi.
“Vaksinaların pandemiya ilə mübarizədə həyati əhəmiyyəti var, ancaq ictimai sağlıq tədbirləri yerinə yetirlməsə vaksina kifayət olmayacaq”, – dedi Tedros Adano.
ÜST tərəfindən təsdiqləndikdən sonra, Çin vaksinası “Kovaks” proqramına qoşulacaq, hansı ki, az büdcəli ölkələrin vaksina ilə təmin edilməsini nəzərdə tutur.
Gürcüstanda “Sinofarm” vaksinasının istifadəsi mayın 4-də başladı və 18 yaşdan yuxarı olan vətəndaşlar üçün nəzərdə tutulub.
“Sinofarm” ÜST-ün avtorizasiyasını alan altıncı vaksina oldu.