Sinqapurda Donald Trampın və Kim Çen İnin tarixi görüşü keçirildi
Sinqapurda Donald Trampın və Kim Çen İnin tarixi görüşü keçirildi

Donald Tramp və Kim Çen İn görüşdülər.

Sinqapurda, Santosa adasında tarixi sammit davam edir.

Amerika Birləşmiş Ştatlarının prezidenti və Şimali Koreyanın lideri Kapela mehmanxanasında, yerli vaxt ilə saat 09:00-da görüşdülər və qısa bəyanatlar verdilər.

Donald Tramp bəyan etdi ki, özünü yaxşı hiss edir və danışıqların müvəffəqiyyətli keçəcəyindən əmindir.

Kim Çen İn isə, bəyan etdi onlar buraya aralarındaki köhnə anlaşmazlıqları aradan qaldırmaq üçün gəliblər.

Bəyanatlardan sonra, Donald Tramp və Kim Çen İn üz-bə-üz görüş keçirdilər.

Danışıqlar 50 dəqiqə davam etdi.

Daha sonra isə, danışıqlara hər iki tərəfin nümayəndə heyyətləri qoşuldular.